30 noyabr 2010 12:50
Neftçi`nin futbolçusu 4 oyunluq diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir:
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 15-ci turunun Qarabağ – Neftçi matçının 88-ci dəqiqəsində Neftçi`nin futbolçusu Eltun Yaqublu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
