1 dekabr 2010 13:18
Anji`nin Mahir Şükürova iki aylıq borcu qalır
Rusiyanın Anji klubu komandanın üzvlərinə olan borclarını qaytara bilmir. Azerisport.az xəbər xəbər verir ki, Mahaçqala klubunun futbolçuları artıq iki aydır ki, əmək haqqı gözləyirlər. Bu barədə Sport-Ekspress nəşrinə açıqlamasında komandanın baş məşqçisi Hacı Hacıyev məlumat verib.
“Belə anda getmək heç də yaxşı olmazdı. Biz klub və respublika rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılırıq. Klubumuzla yanaşı digər komandalarda da yaranmış bu vəziyyətə anlayışla yanaşırıq”.
Qeyd edək ki, Anji`də yığmamızın müdafiəçisi Mahir Şükürov da çıxış edir.
