1 dekabr 2010 13:59
Şaxtor Azərbaycan çempionuna rəqib olmağa razılıq verdi
Dünən Belarusun Şaxtyor (Soliqorsk) klubunun rəhbərliyi iclas keçirib. Azerisport.az xəbər verir ki, iclasın keçirilməsinə səbəb onlara təklif olunan Birlik Kubokunda iştirak edib-etməməyə qərar verilməsi olub.
Qeyd edək ki, son ölkə çempionu BATE Sankt-Peterburqda keçiriləcək turnirə getməyəcəyinə dair qərar verdikdən sonra Belarus Futbol Federasiyası məhz Soliqorsk klubuna müraciət etmişdi. Lakin gümüş mükafata sahib olan Şaxtyor rəhbərliyi də planlarına daxil olmayan turnirə qatılmaq istəmədiklərini bildirmişdilər. Belarusun bürünc mükafatçısı Minsk klubu da eyni cavabı verincə, fedeasiya rəhbərliyi yenidən Şaxtyorla danışıqlara başlayıb və nəhayət ki, bu dəfə istəklərinə çatıblar. Soliqorsklular bu məsələyə yenidən baxdıqdan sonra, federasiyaya müsbət cavab göndəriblər.
Qeyd edək ki, sayca 19-cu dəfə keçiriləcək bu turnir gələn il yanvarın 14-dən 23-ə kimi davam edəcək və ölkəmizi son çempion İnter təmsil edəcək.
