1 dekabr 2010 14:16
Xəzər Lənkəran Turan`la oyuna Lənkəranda hazırlaşır
Xəzər Lənkəran dünəndən etibarən doğma meydanda hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, növbəti turun Turan`la oyununun hazırlıqları məhz Lənkəranda həyata keçirilir.
Dünənki məşqdə qapıçılar Kamran Ağayev və Denis Romanovs məşqçi Hafiz Əliyevin rəhbərliyi ilə komandadan ayrıca məşq ediblər. Digər futbolçular isə isinmə hərəkətlərindən sonra Mirça Rednik və Mihay Kejanın tapşırıqlarını yerinə yetirərək, fiziki və taktiki planda hazırlıq keçiblər.
