1 dekabr 2010 15:08
İnter`in iki aparıcı oyunçusu polislərə yaxalandı
Son ölkə çempionu İnter`in iki aparıcı futbolçusu - Aleksandr Çertoqanovla Robertas Poşkus yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Azerisport.az xəbər verir ki, buna millimizin də şərəfini qoruyan Çertoqanovun yaxın dostuna məxsus BMW markalı avtomobilin sənədlərinin qaydasında olmaması və yol hərəkəti qaydalarını pozmaları səbəb olub.
Bu problemi yoluna qoymaq üçün həmin sənədlərin evdən gətirilməsi tələb olunub ki, nəticədə hər iki futbolçu paytaxt klubunun son məşqinə gecikiblər.
