1 dekabr 2010 15:24
Fevralda Azərbaycan millisi Belçikadan da güclü komandayla qarşılaşacaq
Xəbər verdiyimiz kimi, futbol üzrə əsas milli komandamız fevralda yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarışındadır. AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az-a verdiyi açıqlamaya görə, hələlik müvafiq federasiyalarla aparılan danışıqlar davam etdirilir və razılıq əldə olunmayıb. Lakin federasiya rəsmisinin sözlərinə görə, seçiləcək rəqib kifayət qədər güclü olacaq: “Sadəcə bir şeyi deyə bilərəm ki, bu komanda Belçikadan da güclü olacaq”.
Qeyd edək ki, Berti Foqtsun komandası martın 29-da AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşacaq. Elə fevraldakı rəqib seçimi də məhz həmin oyuna əsasən planlaşdırılır.
