1 dekabr 2010 15:34
Sabah DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələr müəyyənləşəcək
Sabah 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına rəhbərlik edəcək komandalar müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, FIFA bu haqda yekun qərarını Sürixdə açıqlayacaq.
Qeyd edək ki, bu toplantı öncəsində DÇ-2018 üçün İspaniya-Portuqaliya cütlüyü, İngiltərə, Rusiya və Belçika-Hollandiya cütlüyü yarışır. DÇ-2022 üçün isə Avstraliya, Yaponiya, Koreya, Qətər və ABŞ öz namizədliyini irəli sürüb.
