1 dekabr 2010 16:54
Bakı Anji`ni yenidən ölkəmizə dəvət etmək istəyir
Son ölkə kubokunun sahibi Bakı Rusiyanın Anji klubunu yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə dəvət edə bilər. Bu haqda paytaxt klubunun baş meneceri Zeynal Məmmədov azerisport.az-a açıqlamasında məlumat verib:
“Anji klubunun Bakıya gəlmək istəməsi bizi çox sevindirir. Hələ ki, bizim bütün fikirlərimiz ikinci dövrəni bitirməklə bağlıdır. Bundan sonra baş məşqçiylə danışıb, qərar verərik. Əgər həmin yoldaşlıq oyunu bizim komanda üçün də münasib olacaqsa, onda bu görüşün baş tutması tam mümkündür”.
