1 dekabr 2010 17:12
Fərid Quliyev Neftçi`dən uzaqlaşdırılmasına münasibət bildirdi
Azərbaycan millisinin və Bakının Neftçi klubunun hücumçusu Fərid Quliyev paytaxt təmsilçisinin heyətindən kənarlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında “ağ-qaralı” komandayla yollarını ayırmasına dair bunları dilə gətirib:
“Mən özüm də bundan xəbər tutanda, çox təəccübləndim. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışırdım. Ancaq mənim gözləmədiyim baş verdi. Səhər məşqə gələndə, mənə dedilər ki, sən soyunma, komandadan uzaqlaşdırılmısan. İndi klub prezidenti Sadıq Sadıqovla görüşmək istəyirəm. Nə olacaqsa, onunla görüşdən sonra müəyyənləşəcək”.
