1 dekabr 2010 18:36
PFL 3 klubu mükafatlandırmağa hazırlaşır
2009/10 mövsümü üçün Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir dekabrın 3-də baş tutacaq.
AFFA-nın inzibati binasında təşkil olunacaq və saat 18:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir. Maraq üçün xatırladaq ki, ötən mövsümün nəticələrinə əsasən əvəzedici heyətlərin çempionatında Qarabağ birinci, İnter ikinci, Qəbələ isə üçüncü pilləni tutmuşdu.
