1 dekabr 2010 09:32
Bülənt Uyğun Rəşad Sadıqova təşəkkür etdi
Türkiyənin Eskişehirspor klubunun baş məşqçisi Bülənt Uygun, millimizin kapitanı Rəşad Sadıqovun da yer aldığı komandasının üzvlərini tərifləyib. Azerisport.az xəbər verir ki, həftəsonu Kayserispor`la keçirəcəkləri matç öncəsi açıqlama verən çalışdırıcısı türkiyəli həmkarlarımıza bunları söyləyib:
“Eskişehirspor düzgün yoldadı. Öncədən də demişdim ki, bizim zamana ehtiyacımız var. Çalışaraq və inanaraq yolumuza davam edirik. Başdan bəri söylədiyim bir şey var; bu forma çox özəl bir forma. Məhz bu formanı haqq edən, savaşan, mücadilə edən, bütün bacarığını sərgiləyən və qazanmaq adına əlindən gələn hər şeyi ortaya qoyan futbolçular geyə bilər. Futbolçularımın hamısı da məhz bu keyfiyyətlərə malikdir. O üzdən hamısına təşəkkür edirəm”.
