1 dekabr 2010 10:21
Mourinyo və oyunçularına növbəti zərbə UEFA-dan gəldi
UEFA Nizam-İntizam Komitəsi noyabrın 23-ü Amsterdamda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş Ajax - Real görüşünə dair bəzi qərarlar çıxarıb. Azerisport.az xəbər verir ki, komitənin təhqiqatları nəticəsində idmançıya yaraşmayan hərəkətlərinə görə müvafiq olaraq baş məşqçi Joze Mourinyo, köməkçisi Jeji Dudek, oyunçular Xabi Alonso, Serxio Ramos və İker Kasilyas haqqında sərt qərarlar çıxarılıb.
Real`ın baş məşqçisi Joze Mourinyo avrokubok yarışlarında iştirakdan iki oyunluq məhrum edilib. İkinci oyuna şamil edilmiş cəza üç illik sınaq müddəti ilə şərti xarakter daşıyır. Bundan başqa portuqaliyalı mütəxəssis 40 min avro məbləğində cərimələnib.
Oyunçular Alonso və Ramosa 20 min avro, qapıçı Kasilyasa 10 min avro, Yeji Dudekə 5 min avro cərimə kəsilib. Alonso və Ramosa göstərilən qırmızı vərəqələr qüvvədə qalır və onlar bir oyunluğa avrokubok yarışlarından kənarlaşdırılırlar. Real isə 120 min avro cərimə ödəməlidir.
Bu gün isə UEFA NİK-də ÇFR-in baş məşqçisi Sorin Kırtsunun intizam məsələsi ilə bağlı yekun dinləmə keçiriləcək. Xatırladaq ki, Kırtsu noyabrın 23-ü Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Basel`ə qarşı keçirilmiş oyun zamanı yaraşmaz davranışlarda günahlandırılır.
