1 dekabr 2010 11:06
Neftçi Fərid Quliyevi transferə çıxardı
Mövsümün əvvəlində Sumqayıt Standard`ından Neftçi`yə keçən hücumçu Fərid Quliyev transferə çıxarılıb. Azerisport.az xəbər verir ki, bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, flaqmanın baş məşqçisi Arif Əsədovun qərarı ilə yığmamızın forvardına özünə yeni klub axtarmaq tövsiyə edilib.
