1 dekabr 2010 11:23
Arif Əsədov Fərid Quliyevi qovmasının səbəbini açıqladı
Neftçi`nin baş məşqçisi Arif Əsədov millimizin də şərəfini qoruyan Fərid Quliyevi komandadan uzaqlaşdırmalarına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı klubun rəsmi saytına açıqlamasında məsələylə bağlı bunları söyləyib:
“Mövsümün əvvəlində Fərid Quliyevin gənc və perspektivli futbolçu kimi komandamıza transfer edilməsini lazım bildik. Deməliyəm ki, ona yetərincə şans verdik. Neftçi kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır. Quliyevə məhz bunları aşılamağa çalışdıq. Son zamanlar Fərid Quliyev özünü məşqlərdə lazımi tərəfdən göstərə bilmirdi. Məhz buna görə də ona özünə yeni klub tapmağı tövsiyə etdik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
