1 dekabr 2010 11:35
Galatasaray`ın Elanosu rəsmən Santos`lu oldu
Galatasaray`ın braziliyalı ulduzu Elano Blumer komandayla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, o, 2 milyon 900 min avro qarşılığında Santos`a transfer olunub.
Bu haqda məlumatı “sarı-qırmızı”lılar da rəsmi olaaraq təsdiqləyiblər. Məhz həmin xəbərdə bildirilir ki, Elano bu transferə görə, Galatasaray`dan almalı olduğu 6 milyon 200 min avrosundan da imtina edib.
