1 dekabr 2010 11:52
Hacı Hacıyev: Mahir Şükürova daim məşqçi diqqəti lazımdır
Mahaçqala Anji`sinin baş məşqçisi Hacı Hacıyev azerisport.az-a müsahibəsində komandasındakı dəyişikliklərin zəruriliyi və Mahir Şükürovun oyunu barədə öz fikrini bildirib.
- Anji üçün mövsümü necə qiymətləndirirsiniz?
- Biz Premyer Liqada qaldıq. Bu, o deməkdir ki, vəzifəmizi yerinə yetirdik. Alaniya və Sibir ilə ölüm-dirim mübarizəsinə girişdik və ötən mövsüm birinci diviziondan gələn yeganə komanda kimi yüksək liqada qaldıq.
- Növbəti mövsüm üçün planlarınızı artıq hazırlamısınız?
- Yanvarın 8-i toplanışa yığışacağıq, üç təlim məşq-toplanışı keçirəcəyik - ikisi Türkiyədə, biri Mahaçqalada. Fevralın 28-də isə Zenit`ə qarşı kubok oyunumuz var.
- Bakıda təlim toplanışına hazırlaşmırsınız?
- Sözün düzü, bu barədə fikirləşirəm. Çox təəssüf edirəm ki, Bakı ilə yoldaşlıq oyunu keçirə bilmədik. Hər şeyin səbəbkarı sərhəddə klubumuzun dörd oyunçusunun buraxılmadığı həmin hadisədir.
- Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov üçün mövsümü necə qiymətləndirirsiniz?
- Ondan razıyam. O, çox oyunlarda öz lider keyfiyyətlərini göstərib, əla səviyyədə çıxış edib. Qroznıda Moskva Dinamo`suna qarşı oyununu qeyd edə bilərəm. Sibir`lə oyunda məharətli görünürdü.
- Ancaq mövsümün sonlarını o, mütəmadi olaraq ehtiyat oyunçular skamyasında keçirdi...
- Mahir adi futbolçu deyil. Ona həmişə məşqçi diqqəti lazımdır. Ancaq bu halda o, tam gücünü ortaya qoyur.
- Onu saxlamaq istərdiniz?
- Təkcə Şükürovu deyil, komandanın özəyini saxlamaq istərdim. Mahir bura bilavasitə aiddir. Ancaq mən sadəcə məşqçiyəm, gələcəyi oyunçu özü müəyyən edir.
- KİV-də artıq məlumat gəzir ki, onunla bir neçə klub maraqlanır.
- Onun bizimlə hələ müqaviləsi var və buna görə Anji ilə razılığa gəlmək lazımdır.
