1 dekabr 2010 12:29
Man.United`in məğlubiyyətsiz seriyası biabırçı yenilgiylə qırıldı
İngiltərə Liqa kubokunda 4/1 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, səfərdə West Hem`lə qarşılaşan Manchester United biabırçı məğlubiyyətlə üzləşib. 29 oyunluq məğlubiyyətsiz seriyaya malik İngiltərə Premyer Liqasının hazırkı lideri bu qarşılaşmada 4 cavabsız qolla yenilib və kubokla vidalaşmalı olub. Günün digər matçında isə Arsenal doğma meydanda Wigan`ı iki cavabsız qolla məğlub edib.
İngiltərə Liqa Kuboku
1/4 final
30 noyabr
Arsenal - Wigan – 2:0
Qollar: Alkaras, 41-öz qapısına, Bendtner, 65.
West Ham – Manchester United – 4:0
Qollar: Spektor, 22; 37, Kol, 52; 67.
1 dekabr
22:45. Birmingham - Aston Villa
22:45. Ipswich - West Bromwich
