2 dekabr 2010 01:58
Avropa Liqasında sensasiyalarla zəngin gecə (YENİLƏNİB)
UEFA Avropa Liqasında 5-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin bu turunun ilk oyun günündə 6 qrupda 24 görüş baş tutub. Bu görüşlərin əksərində isə gözlənilməz nəticələr qeydə alınıb. Gecəyə Yunanıstan klubları damğasını vurub. AEK səfərdə Xorvatiya Hajduk`unu məğlub edibsə, Aris bu turnirin son qalibini biabır edib. Əvəzində güclü İtaliya klubları fiaskoya uğrayıb. Bu mənada xüsusilə növbəti mərhələ şanslarını tam itirən Sampdoria`nı qeyd etməyə dəyər. Almaniyanın Stuttgart klubunun 4 dəqiqəyə 3 qol buraxaraq məğlub olması da diqqətçəkən məqamlardan olub. Bütövlükdə baş tutan oyunlarda qeydə alınan nəticələr və turnir cədvəlindəki durum aşağıdakı kimidir:
Avropa Liqası
Qrup mərhələsi
1 dekabr
G qrupu
Hajduk (Xorvatiya) - AEK (Yunanıstan) - 1:3
Qollar: Bulyat, 90 - Skokko, 50-pen, Manolas, 61, Blanko, 84.
Zenit (Rusiya) – Anderlecht (Belçika) - 3:1
Qollar: İonov, 12, Buxarov, 65, Huşti, 88 - Kanu, 87.
| 1 | Zenit | 5 | 5 | 0 | 0 | 15 | - | 6 | 15 |
| 2 | AEK | 5 | 2 | 1 | 2 | 9 | - | 10 | 7 |
| 3 | Anderlecht | 5 | 1 | 1 | 3 | 6 | - | 8 | 4 |
| 4 | Hajduk | 5 | 1 | 0 | 4 | 5 | - | 11 | 3 |
H qrupu
Odense (Danimarka) – Getafe (İspaniya) - 1:1
Qollar: Andreasen, 90 - Rios, 17.
Young Boys (İsveçrə) – Stuttgart (Almaniya) - 4:2
Qollar: Degen, 39, Sutter, 82, Mayuka, 85; 86 - Poqrebnyak, 48, Şipplok, 68.
| 1 | Stuttgart | 5 | 4 | 0 | 1 | 11 | - | 5 | 12 |
| 2 | Young Boys | 5 | 3 | 0 | 2 | 10 | - | 9 | 9 |
| 3 | Getafe | 5 | 1 | 1 | 3 | 3 | - | 8 | 4 |
| 4 | Odense | 5 | 1 | 1 | 3 | 7 | - | 9 | 4 |
I qrupu
Metalist (Xarkov, Ukrayna) – Debrecen (Macarıstan) - 2:1
Qollar: Bodi, 52-öz qapısına, Oleynik, 88, - Svitkovits, 48.
Sampdoria (İtaliya) - PSV Eindhoven (Hollandiya) - 1:2
Qollar: Patsini, 45 - Toyvonen, 51; 90.
Matçın 89-cu dəqiqəsində meydan sahiblərinin heyətində Malirunqo qırmızı vərəqə alıb.
| 1 | PSV | 5 | 4 | 1 | 0 | 10 | - | 3 | 13 |
| 2 | Metalist | 5 | 3 | 1 | 1 | 9 | - | 4 | 10 |
| 3 | Sampdoria | 5 | 1 | 2 | 2 | 4 | - | 5 | 5 |
| 4 | Debrecen | 5 | 0 | 0 | 5 | 2 | - | 13 | 0 |
A qrupu
Lech (Polşa) – Juventus (İtaliya) - 1:1
Qol: Rudnevs, 12 - Yakinta, 84.
Manchester City (İngiltərə) – Salzburg (Avstriya) - 3:0
Qol: Balotelli, 18; 65, Conson, 78.
| 1 | Manchester C | 5 | 3 | 1 | 1 | 10 | - | 5 | 10 |
| 2 | Lech | 5 | 2 | 2 | 1 | 10 | - | 8 | 8 |
| 3 | Juventus | 5 | 0 | 5 | 0 | 6 | - | 6 | 5 |
| 4 | Salzburg | 5 | 0 | 2 | 3 | 1 | - | 8 | 2 |
B qrupu
Atletico (Madrid, İspaniya) - Aris (Yunanıstan) - 2:3
Qollar: Forlan, 11, Aquero, 16 - Koke, 2; 51-pen, Lazaridis, 81.
Rosenborg (Norveç) - Bayer Leverkusen (Almaniya) - 0:1
Qol: Sam, 35.
| 1 | Bayer | 5 | 3 | 2 | 0 | 7 | - | 1 | 11 |
| 2 | Aris | 5 | 2 | 1 | 2 | 5 | - | 5 | 7 |
| 3 | Atletico M | 5 | 2 | 1 | 2 | 8 | - | 6 | 7 |
| 4 | Rosenborg | 5 | 1 | 0 | 4 | 3 | - | 11 | 3 |
C qrupu
Gent (Belçika) - Levski (Sofiya, Bolqarıstan) - 1:0
Qol: Vallas, 77.
Sporting (Portuqaliya) – Lille (Fransa) - 1:0
Qol: Polqa, 28.
| 1 | Sporting | 5 | 4 | 0 | 1 | 14 | - | 5 | 12 |
| 2 | Gent | 5 | 2 | 1 | 2 | 8 | - | 10 | 7 |
| 3 | Lille | 5 | 1 | 2 | 2 | 5 | - | 6 | 5 |
| 4 | Levski | 5 | 1 | 1 | 3 | 5 | - | 11 | 4 |
