2 dekabr 2010 13:22
Mirça Rednik: Problem yaratmaq istəmirəm
Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik Rumıniyanın Rapid klubunda top qovan Braziliya millisinin sabiq üzvü Çesinyanın mümkün transferi haqda münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Rumıniya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Mən hələlik bu işdə çox fəal olmağa ehtiyac duymuram. Rapid`ə problem yaratmaq istəmirəm. Hər halda ilin sonunda hər şey dəqiqləşəcək”.
