2 dekabr 2010 01:18
Rəşad Sadıqov Beşiktaş`a qarşı da oynamayacaq?
Millimizin kapitanı, Türkiyənin Eskişehirspor klubunun müdafiəçisi Rəşad Sadıqov keçmiş komandası Kayserispor`a qarşı oynamasını mümkün hesab etmir. Azerisport.az-a açıqlamasında təcrübəli futbolçu bildirib ki, hətta ondan sonrakı Beşiktaş ilə oyunda iştirakı da sual altındadır:
“Bütövlükdə yaxşılaşmışam və tam gücümlə məşqlərdə iştirak edə bilirəm. Ancaq müəyyən ağrılar hiss edirəm. Belə görünür ki, Kayserispor ilə dekabrın 6-da keçiriləcək oyunu buraxmalı olacam. Ayın 12-də oynanılacaq Beşiktaş ilə qarşılaşmada iştirak etməyi çox istəyirəm. Ancaq belə vəziyyətdə baş məşqçinin məni meydana buraxacağına əmin deyiləm. Ancaq dekabrın 19-da Kasımpaşa ilə oyuna çıxacağım dəqiqdir”.
