2 dekabr 2010 13:45

Qəbələ`nin məşqçisi: Futbolda çox pis bir adət var

Qəbələ futbol klubunun baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens Premyer Liqanın son turunda keçirilən Simurq ilə ev oyununu texniki cəhətdən analiz edib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında təcrübəli mütəxəssis həmin oyunu belə şərh edib və komandasının hazırkı durumundan danışıb:
 
“Azərbaycan Premyer Liqasında oyunların əksəriyyəti çox çətin keçdiyi üçün oyundan əvvəl minimal hesabla qalib gələcəyimizi düşünürdüm. Buna görə də 4 qol vurmaq bizə daha da əminlik verdi. Deon Bartonun iki əla yerinə yetirilmiş 11 metrlik cərimə zərbəsi, Arif ilə Kristianın bu  mövsüm ilk qollarını vurması bizim vurulan və buraxılan  qollar nisbətini bir xeyli yaxşılaşdırdı”.
 
“Qoqa Beraya, Branimir Subaşiç , Bruno da Silva və Terri Kuk zədəyə görə bu oyuna çıxa bilmədilər. Müdafiə xəttimizdəki 5 oyunçumuz - Paşa və dörd müdafiəçimiz demək olar ki öz oyunlarını tapıblar. Yarımmüdafiəçilərimiz (Yaşar, Kamara və Nodar) də Neftçi ilə kifayət qədər yaxşı oynadıqları üçün növbəti oyunda start heyətində çıxdılar” – deyə Stivens heyətlə bağlı düşüncələrini dilə gətirib.
 
Adamsın köməkçisi son oyunda rəqiblə aralarındakı fərqlərdən də danışıb: “Simurq ev oyunlarını süni örtüklü meydançada keçirdiyi üçün topu özlərində yaxşı saxlayır və  yaxşı ötürmələr edirdilər. Biz hər zaman ev oyunlarımıza sürətli başlamaq istəyirik. Ancaq bunun üçün erkən qol vurmaq lazımdır. Biz açıq oyunumuz sayəsində üç qol şansı yaxaladıq. Bundan başqa bir çox cərimə zərbəsi, künc zərbəsi və Lyubanın uzun aut atışları ilə təhlükəli vəziyyət yaratdıq. Simurq isə oyuna fərqli formatda başlamışdı, fasilədən sonra isə yenidən taktika dəyişdirdi. Biz bilirdik ki, ikinci qol bizim üstünlüyümüzü möhkəmləndirəcək. Buna görə də Kristian müdafiənin arxasında qaçıb aldığı ötürməni qolla nəticələndirəndən sonra xalların bizim olacağına əmin olduq”.
 
“Bizim uğurlu seriyamız davam edir. Biz növbəti 90 dəqiqəni qor buraxmadan  tamamladıq. Digər tərəfdən isə bu mövsüm ilk dəfə bir oyunda 2-dən  çox qol vurduq. Bizim zədəli futbolçularımız da tezliklə tam hazır olacaqlar. Hələlik hər şey qaydasında və istədiyimiz kimi davam edir. Bir məqamı da vurğulamaq istəyirəm ki, futbolda çox pis bir adət var: Uğurlardan başınız gicəllənsə tezliklə aşağılara enərsiniz. Buna görə də, eyni tempdə çalışmağa davam edəcəyik. Hazırlığımız bundan sonra da həm fərdi,  həm də kollektiv olaraq davam edəcək” – deyə, Stivens sonda qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.