2 dekabr 2010 01:39
Zohair Benuahi: AZAL Neftçi`yə qarşı var gücüylə oynayacaq
Cari mövsümün sürpriz komandalarından olan AZAL-ın heyətində aparıcı futbolçulardan biri Zohair Benuahidir. Hazırda turnir cədvəlində ilk 3-lükdə yer alan paytaxt klubunun legioner futbolçusu azerispport.az-a açıqlamasında bildirib ki, onun komandası Premyer Liqanın 16-cı turu çərçivəsində Neftçi`yə qarşı var gücü ilə mübarizə aparacaq:
“Bu bütün çempionatın ən çətin oyunlarından biri olacaq. Son oyununda Neftçi əla oyun sərgilədi və Qarabağ üzərində qələbə qazandı. Biz onlarla oyuna qələbə üçün çıxacağıq və bunu əldə etmək heç də asan olmayacaq. Qələbə qazanmaq üçün var gücümüzlə oynayacağıq”.
