2 dekabr 2010 14:07
Rəşad Sadıqovdan Mahir Şükürova məsləhət
Millimizin kapitanı Rəşad Sadıqov əsas komandamızın digər aparıcı üzvü Mahir Şükürovun gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, hazırda Türkiyənin Eskişehirspor klubunda top qovan həmyerlimiz Rusiyanın Anji klubuna məxsus olan Mahirin qardaş ölkədə oynamasının mümkünlüyünü dilə gətirib:
“Mahir Türkiyə futbolunda da özünü tuta bilər. Baxmayaraq ki, əvvəllər ona çox çətin olacaq. O, həmçinin Rusiyanın başqa klublarına da keçə bilər. Ancaq düşünürəm ki, o, elə Anji`də qalsa, daha yaxşı olar. Orda ona yaxşı baxırlar, özünü tapa bilib, bir sıra önəmli oyunlarda forma geyib. Ona görə də Mahirin Mahaçqala klubundan ayrılmasının tərəfdarı deyiləm”.
