2 dekabr 2010 02:21
Joze Mourinyo Kakanı Real`dan qovur?!
Braziliyalı pleymeyker Kaka karyerasını iki İtaliya klubundan birində davam etdirə bilər - İnter və ya Milan. Azerisport.az Avropanın bir sıra ünlü nəşrlərinə istinadən xəbər verir ki, sövdələşmə qış transferi dövründə baş tuta bilər.
"Neradzurra" və "Kral klubu" artıq bir neçə aydır ki, yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlar aparır. Joze Mourinyo Massimo Moratti ilə söhbətində etiraf edib ki, yayda 65 milyon avroya Madridə gələn Kaka Milandakı oyun səviyyəsinə qayıda bilməyib. Moratti bildirib ki, 28 yaşlı pleymeykeri İtaliyaya qaytarmağa hazırdır. “Göy-qaralar” yarımmüdafiəçinin yarım illik icarəsinə hazırlaşır. Bu, yayda Kakanın transfer hüququnun 25 milyon avroya alınması üçün ilk addım kimi qiymətləndirilir. Hansı ki, oxşar sxemlə Zlatan İbrahimoviç Barcelona`dan Milan`ın düşərgəsinə gəlib.
Milan da Kakanı komandaya qaytarmaq üçün cəhdlər edir. Klubun vitse-prezidenti Adriano Qalliani onu Ronaldinyoya əvəz görür. Ronaldinyo da artıq neçə müddətdir ki, Los Angeles Qalaxy`nin diqqət mərkəzindədir.
