2 dekabr 2010 14:57
Hafiz Məmmədovun 46 yaşı tamam oldu (FOTO)
Bu gün Bakı Futbol Klubunun prezidenti Hafiz Məmmədov ad gününü qeyd edir. Azerisport.az xəbər verir ki, onun 46 yaşı tamam olur.
Qeyd edək ki, həm də AFFA İcraiyyə Komitəsinin üzvü olan Məmmədovun dövründə Bakı 2 dəfə ölkə çempionuna, eyni sayda da kuboka sahib çıxıb.
