2 dekabr 2010 15:11
Premyer Liqamızın təqvimi dəyişə bilər
Azərbaycan Premyer Liqasının 19-cu turunun dekabrın 25-26-na nəzərdə tutulan oyunları bir neçə gün öncəyə çəkilə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb ölkəmizdə çıxış edən legionerlərin oyunlarının bir neçə gün əvvələ çəkilməsi xahişi ilə Peşəkar Futbol Liqasına müraicət etməsidir.
Məsələ burasındadır ki, klublarımızda top qovan legioner futbolçular öz ölkələrində keçirilən Yeni il şənliklərinə daha tez və vaxtında çatmaq istəyirlər. Lakin hələlik PFL bütün klubların eyni təkliflə çıxış etməsini və qarşılıqlı razılığı gözləyir. Son qərar da məhz buna əsasən veriləcək.
