2 dekabr 2010 15:28
Dünya çempionu Bakıda səfərdədir
UEFA-nın Təhsil Şöbəsinin üzvü Daniel Rayser Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, Avropa futbol qurumunun nümayədəsi səfər müddətində AFFA tərəfindən təşkil olunan məşqçi kurslarının fəaliyyəti ilə tanış olacaq və ölkəmizdə Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə rəy hazırlayacaq.
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Texniki direktor Bernard Lippetlə Daniel Rayser arasında görüş keçirilib. Görüşdə futbol təhsilinin səviyyəsinin yüksəldiməsinin vacibliyi qeyd olunub, E.Məmmədov bu istiqamətdə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, 2009-cu ildə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatında İsveçrə yığması Daniel Rayserin rəhbərliyi ilə dünya çempionu titulunu qazanıb.
