2 dekabr 2010 16:46
Fərid Quliyev əvəzedici heyətə göndərilməsinə sevinir
Millimizin gənc hücumçusu, Neftçi`nin transferə çıxardığı Fərid Quliyev gələcək karyerası haqda fikirlərini bölüşüb. Azerisport.az-a açıqlamasında o, bildirib ki, hələlik paytaxt klubunun əvəzedici komandasında məşq etməklə, qış fasiləsini gözləmək məcburiyyətindədir:
“Öncə klub prezidenti Sadıq Sadıqova mənə əvəzedici komandada qalmaq, oynamaq şəraiti yaratdığına görə minnətdarlığımı bildirirəm. Bu insan mənə ilk gündən yaxşı münasibət göstərib. Bu, mənə yenidən əvvəlki formamı bərpa etməyimə şərait yaratmış olacaq. Özümə yeni klub axtarmaq haqda isə hələlik düşünməmişəm. Qış fasiləsinə kimi hələ xeyli vaxt var. Başlıcası formamı itirməməkdi. Oyun praktikam da olmasa, onda ümumiyyətlə heç kimə lazım olmayacam”.
