2 dekabr 2010 18:36
Neftçi`nin sabiq hücumçusu İngiltərə klubunda
Neftçi`nin sabiq hücumçusu Tomislav Mişura İngiltərə klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, ölkəmizdə top qovmuş təcrübəli futbolçu hazırda bu ölkənin aşağı divizion təmsilçisi Newcastle Jet klubunda baxışdadır. O, özünü yaxşı tərəfdən göstərə bilsə, karyerasını məhz bu komandada davam etdirəcək.
Maraq üçün xatırladaq ki, bu futbolçu 2005/06 mövsümündə şərəfini qoruduğu Neftçi`də 18 oyuna 9 qol vurmağı bacarmışdı.
