2 dekabr 2010 18:46
Roman Abramoviçin oğlu da klub alır
Bu gün Danimarka KİV-ləri bildiriblər ki, ötən bazar Abramoviçin oğlu “Loenmodtagernes Dyrtidsfond” təqaüd fondunun rəhbəri Karsten Kox ilə futbola dair söhbətlər aparıb. Kox Kobenhavn klubun məxsus olduğu "Parken Sport & Entertainment" şirkətində 30 faizlik pay sahibidir.
BT nəşrinn məlumatına görə, Şənbə günü Danimarkanın "Victor" kafesində 17 yaşlı oğul Abramoviç sahibkar-direktor Kox və norveçli səhmdar Aldo Petersenlə görüşüb. Görüşdə oğul Abramoviç müvafiq təkliflər irəli sürüb. Abramoviçin oğlu güman ki, "Parken Sport & Entertainment" şirkətində pay sahibi olacaq.
