2 dekabr 2010 21:20
Mahir Şükürov: Rusiya Premyer Liqasının digər klublarına da keçə bilərəm
Millimizin və Rusiyanın Anji klubunun müdafiəçisi Mahir Şükürov gələcək karyerası haqda düşüncələrini açıqlayıb. Azerisport.az-a açıqlamasında təcrübəli futbolçumuz bildirib ki, bu haqda qərarını ailəsi ilə müzakirələrdən sonra verəcək:
“Qarşıda məni 15 gülnük məzuniyyət gözləyir. Hələlik istirahət etmək istəyirəm. Ondan sonra Anji`də qalıb-qalmayacağıma qərar verərəm. Bu yolda ilk növbədə ailəmin fikri mənimçün böyük önəm kəsb edəcək. Yenidən Rusiyaya qayıtmağım istisna deyil. Hətta Mahaçqala təmsilçisinə olmasa da, digər Rusiya Premyer Liqa klubuna keçə bilərəm”.
