2 dekabr 2010 11:19
Qarabağ mövqeyini itirməkdə davam edir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, son bir ilin göstəricilərinə əsasən tərtib olunan siyahıda ölkəmizi təmsil edən Qarabağ yenə geriləyib.
Ağdam klubu hazırda daha 3 klubla birgə 78 xalla 271-276-cı pillələri bölüşür. Bu isə təmsilçimizin ən azı 35 pillə geriləməsi deməkdir. Çünki ötən ayın reytinq sıralamasında Qurban Qurbanovun komandası 236-cı pillədə qərarlaşmışdı.
Bütövlükdə siyahının ilk onluğunda qərarlaşan komandaların siyahısı belədir:
1 (2) Barcelona (İspaniya) 301,0
2 (1) Inter (İtaliya) 297,0
3 (3) Bayern München (Almaniya) 264,0
4 (7) Estudiantes (Argentina) 239,0
5 (6) Atletico (Madrid, İspaniya) 236,0
6 (11) Manchester United (İngiltərə) 235,0
7 (4) Chelsea (İngiltərə) 235,0
8 (5) Liverpool (İngiltərə) 230,0
9 (8) Real (İspaniya) 222,0
10 (9) Internacional Porto (Braziliya) 217,0
