2 dekabr 2010 11:31
Zeynal Məmmədov Simurq`la oyunda sürpriz istəmir
Son ölkə kubokunun sahibi Bakı`nın baş meneceri Zeynal Məmmədov Premyer Liqanın qarşıdakı turunda qarşılaşacaqları Simurq ilə oyundan ancaq qələbə gözləyir. Paytaxt klubunun rəsmisi Azerisprt.az açıqlamasında növbəti oyunlarıyla bağlı belə danışıb:
“Biz rəqibə çox hörmətlə yanaşırıq, ancaq indiki halda xal itirmək olmaz. Əgər biz medallar uğrunda mübarizə aparırıqsa, onda qətiyyən arxayınlaşmaq olmaz. Futbolçularımız hamısı bunu başa düşməlidirlər ki, Simurq futbol oynamağı bacarır”.
