2 dekabr 2010 11:54
Braziliya millisinin sabiq üzvü XL-dan cəlbedici təklif gözləyir
Rumıniyanın Rapid klubunun hücumçusu Çesinya Xəzər Lənkəran`a keçə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Braziliya millisinin keçmiş üzvü öz açıqlamasında bildirib:
“Mən klubla müqaviləni bu yaxınlarda yeniləmişəm. Ona görə düşünürəm ki, indiki halda harasa getməyə dəyməz. Bu məsələyə ancaq o halda baxmaq olar ki, təklif olunan məbləğ kifayət qədər cəlbedici olsun”.
