2 dekabr 2010 00:04
Baş nazir Premyer Liqanın qarşıdakı turu üçün proqnozlarını açıqladı!
İngiltərənin baş naziri David Kameron, bu həftəsonu Premyer Liqada keçiriləcək oyunlarla bağlı proqnozlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, belə proqnozları ilə tez-tez gündəmə gələn hökümət adamının təxminləri kifayət qədər diqqətçəkən və maraqlıdır.
Baş nazir ölkə çempionatının 16-cı turunun oyunlarının nəticəsini proqnazlaşdırarkən, hazırkı lider Manchester United`ın səfərdə Blackpool`a minimal hesabla yeniləcəyini iddia edərkən, London klublarının qarşı-qarşıya gələcəyi matçda da Arsenal`ın Fulham`i 2:1 məğlub edəcəyi təxminini irəli sürüb.
Chelsea`nin doğma meydanda Everton`u 2:1 hesabı ilə məğlub edəcəyini düşünən Kameron ən diqqətçəkən təxminini isə azarkeşi olduğu Aston Villa üçün irəli sürüb. Onun fikrincə, həmin matçda Aston Villa səfərdə Liverpool`u 6:0 hesabıyla darmadağın edəcək.
Kameronu digər matçlarla bağlı proqnozları isə belədir:
Wigan Athletic - Stoke City – 2:1
Birmingham – Tottenham – 0:1
Blackburn – Wolverhampton – 0:1
Manchester City – Bolton – 2:0
West Bromwich – Newcastle – 1:1
Sunderland - West Ham – 1:0
