2 dekabr 2010 00:11
XL: Katalin Doman istisna olmaqla, hamı məşqə
Xəzər Lənkəran Premyer Liqanın növbəti turunun Turan`la səfər oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisi Tovuz klubuyla oyuna doğma meydanda hazırlaşır.
“Ağ-yaşıllar” dünənki məşqi Lənkəran şəhər stadionunun yardımçı meydançasında baş tutub. Zədəsi sağalmaq üzrə olan Katalin Doman yenə məşqdə iştirak etdə bilməyib və bazada istirahət edib. Digər futbolçular isə hamılıqla hazırlıqlara qatılıblar. Məşq zamanı yalnız ayağında yüngül ağrılar hiss edən David İmedaşvilinin həkimlərin yardımına ehtiyac duyduğu diqqət çəkib.
