2 dekabr 2010 12:22
Fərid Quliyev Neftçi`nin əvəzedici komandasına göndərildi
Məlum olduğu kimi, Neftçi PFK-nın baş məşqçisi Arif Əsədovun qərarı ilə futbolçu Fərid Quliyev transferə çıxarılıb. Lakin azerisport.az xəbər verir ki, milli komandanın hücumçusunun Neftçi`nin əvəzedici heyətində oynaması və məşq etməsi üçün şərait yaradılıb.
Bununla bağlı əvəzedici heyətin baş məşqçisi İqor Getman klubun rəsmi saytına fikirlərini açıqlayıb: “Fərid transferə çıxarılsa da, klub rəhbərliyi onun əvəzedici heyətdə məşq etməsi üçün şərait yaradıb. O, yığma komandanın üzvüdür, peşəkar futbolçudur. Formasını itirməməsi üçün ona mütləq məşq etmək lazımdır. Biz ona kömək etməyə hazırıq. Quliyev əvəzedici heyətlə birgə məşqlərə qatıla və məşqçilər korpusunun qərarı ilə oyunlarda iştirak edə bilər”.
