2 dekabr 2010 00:28
Fərid Quliyev Qarabağ`a keçə bilər
Məlum olduğu kimi, Azərbaycan yığmasının hücumçusu Fərid Quliyev Neftçi`yə lazım olmadığından transferə çıxarılıb. Azerisport.az xəbər verir ki, onun yeni klubunun Qarabağ olacağı hazırda ən mümkün variantlardan biridir.
Yığmanın kapitanı Rəşad Sadıqov hesab edir ki, Quliyev Ağdam klubunda çıxış edə bilər: “Yaxşısı budur ki, Fərid yenidən ən yaxşılardan biri olmaq üçün Qarabağ`a keçsin. Amma əsas heyət oyunçusu olmaq çox çətin olacaq, Rauf Əliyev çox artırıb və Fəridə onunla rəqabət aparmaq gərəkdir”.
