2 dekabr 2010 12:38
Liverpool Tuncay Şanlını heyətinə qatmaq istəyir
Türkiyə yığmasının və Stoc City`nin futbolçusu Tuncay Şanlı İngiltərənin daha ünlü - Liverpool klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi artıq qış fasiləsində bu ölkənin ən titullu klublarından birinə keçə bilər.
2007-ci ildən İngiltərə Premyer Liqasında oynayan Tuncay il yarımdı ki, forma geydiyi Stoc City`də heyətə düşə bilmədiyindən, qışda getməyə hazırlaşır. Bu üzdən onu heyətində görmək istəyən Liverpool türk futbolçuya görə 6 milyon avrosun keçməyə hazırdı.
