3 dekabr 2010 01:45
Millimizin rəqibi Rusiyanı təbrik etdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink, 2018-ci ildə təşkil olunacaq dünya çempionatına ev sahibliyi huququ qazanan Rusiyanı bu münasibətlə təbrik edib. Azerisport.az xəbər verir ki, ölkəsi Hollandiyanın Belçikayla birgə şimal qonşularımıza məğlub olmasının üzüntüsünü yaşayan təcrübəli mütəxəssis vaxtilə çalışdığı ölkənin mundiala ev sahibliyi hüququ qazanmasını isti qarşılayıb:
“Dostlarım olan Vitali Mutko, Roman Abramoviç, Valeri Georgiyev və Andrey Arşavini təbrik edirəm. Ən qısa zamanda Rusiyaya gedəcəyəm”.
2018-ci ildə futboldan uzaq olmağı planlaşdırdığını bildirən Hiddink, sözügedən ilə təsadüf edəcək turnir üçün Rusiya millisini çalışdırmaq perspektivi haqda suala belə cavab verib: “2018-ci ildə baş məşqçilik üçün çox yaşlı olaram”.
