3 dekabr 2010 14:24
Vladimir Putin Roman Abramoviçdən yardım istədi
2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya bu möhtəşəm mundialın təşkili üçün 10 milyard dollarlıq bir yatırım həyata keçirəcək. Azerisport.az xəbər verir ki, bu haqda ölkəsinin qalib gəlməsi xəbərini alan kimi dərhal Sürixə gedən Rusiya baş naziri Vladimir Putin məlumat verib.
Baş nazir İngiltərənin Chelsea futbol klubunun sahibi olan rus milyarder Roman Abramoviçin də DÇ-2018-in təşkilində yaxından iştirak edəcəyini bildirib: “Qoy o da öz borcunu ödəsin, çox pulu var. Futbolun inkişafı üçün çox iş görür və DÇ-yə hazırlıqlarımıza da yardımçı ola bilər. Cənad Abramoviçin ən azı bir stadion inşasında iştirak edəcəyinə əminəm”.
