3 dekabr 2010 14:31
Fərid Quliyev Neftçi`nin əvəzedici heyətində oyuna çıxdı
Bu gün Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Şəfa stadionunun 4-cü meydançasında baş tutan görüşdə Neftçi AZAL-ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
“Ağ-qaralar”ın ilk qolunu 5-ci dəqiqədə Yasin Yaqubzadənin künc zərbəsindən sonra Kərim Diniyev başla vurub. 70-ci dəqiqədə isə Yasin özü fərqlənib. O, Ağabala Ramazanovun ötürməsini boşa verməyib.
Qeyd edək ki, zədəsini yenicə sağaltmış Neftçi`nin kapitanı Rail Məlikov və hücumçu Fərid Quliyev də bu oyunun ilk hissəsində çıxış ediblər. İqor Getmanın rəhbərlik etdiyi komanda növbəti oyununu dekabrın 10-da Bakı`ya qarşı keçirəcək.
