3 dekabr 2010 15:09
Simurq`u Bakı ilə oyuna Haciyevski çıxarmayacaq
Zaqatalanın Simurq klubu Premyer Liqanın növbəti turunun Bakı ilə oyununda baş məşqçisi Qyoko Haciyevskisiz çıxış edəcək. Azerisport.az xəbər verir ki, atasının vəfatı ilə əlaqədar vətəninə yollanan makedoniyalı mütəxəssis bazar gününə kimi qayıda bilməyəcək. Belədə həmin gün keçiriləcək 16-cı turun Bakı ilə oyununa komandanı onun köməkçisi Böyükağa Ağayev çıxaracaq.
