3 dekabr 2010 16:33
“Fərid Quliyev o vaxt Xəzər Lənkəran`a keçməliydi”
Standard və Bakı klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev Fərid Quliyevin Neftçi`nin əvəzedici heyətinə göndərilməsinə və transferə çıxarılmasına münasibət bildirib. Azerisport.az-a açıqlamasında o bildirib ki, vaxtilə rəhbərliyi altında çıxış etmiş Fərid Neftçi`yə yox, Xəzər Lənkəran`a keçməliymiş:
“Neftçi`də Bahodir Nasimov və Emil Mpenza kimi hücumçular var. Buna görə də Quliyevə psixoloji cəhətdən də çətin idi. O vaxt Fəridlə Xəzər Lənkəran da maraqlanırdı. Onda məhz bu komandaya keçməliydi. Ancaq öz seçimini belə etdi”.
