3 dekabr 2010 17:18

Samir Əlliyev: Hücumçuların inkişafına məşqçilər mane olur

Zaqatala Simurq`unun hücumçusu Samir Əliyev azerisport.az-a müsahibəsində çempionatın 16-cı turunda Bakı`ya qarşı keçiriləcək oyundan, Premyer Liqadakı ölüm-dirim mübarizəsindən və bir çox məqamlardan danışıb.
 
- Simurq çempionatda axırıncıdan əvvəlki pillədə qərarlaşıb. Klubun gələcək perspektivlərini necə görürsünüz?
- Demək çətindir. Bizim kollektivdə hamı təcrübəsiz oyunçulardır, çoxları üçün ilk Premyer Liqa mövsümüdür və ona görə də oyunumuz alınmır. Özünüz fikirləşin, gənc oğlan böyük pullar ödənmiş legionerə qarşı necə oynaya bilər? Futbolçunu bir aya dəyişmək olmaz.
 
- Bakı ilə oyunda nəyə ümid edirsiniz?
- Tam gücümüzlə oynayacağıq. Gizlətmirəm ki, nəticə haqda danışmaq mənə çətindir. Sadəcə sona qədər oynayacağıq. Sensasiyaya cəhd edəcəyik ki, bu da bizim üçün çox vacibdir. Cavanların özünə gəlməsi üçün bizə vaxt lazımdır ki, bu da baş verir.
 
- Deyirsiniz ki, Simurq`da təcrübəli oyunçular yoxdur, bəs siz?
- Simurq`un təklifini qəbul edəndə nəticənin belə olacağını düşünmürdüm. Qyoko Haciyevski kimi əla baş məşqçimiz var, rəhbərlik komandanın problemlərindən xəbərdardır, bizi tək buraxmırlar. Buna görə də hazırkı vəziyyətimizi görmək mənə çox ağrılıdır. Güman ki, bizə qışda güclənmək lazımdır.
 
- Ölüm-dirim mübarizəsi sizin planlarınıza daxil deyildi?
- Bu artıq vacib deyil. Mən bilirəm ki, bizə dəyişikliklər lazımdır, yoxsa çox çətin olacaq. Şəxsən mən birinci diviziona düşmək istəməzdim və sevinirəm ki, zaqatalalıların düşərgəsində həmfikirlərim var.
 
- Karyeranızı bitirmək haqda düşünmürsüz?
- Hələ də gücüm var və oynayacağam. Simurq`da qalmaq istəyirəm, ancaq komanda özünə gəlməlidir. Biz öz yerimizdə qərarlaşmamışıq. Bizim əla bazamız, gözəl azarkeşlərimiz var. Əlbəttə güclü komandada oynamaq istərdim. Əgər onu burda qurmaq olarsa, şəraiti niyə dəyişməliyəm?
 
- Düşünürsünüz ki, hər hansı klub sizin xidmətlərinizdə maraqlı ola bilər?
- İndi mən bombardirlər cədvəlinə baxıram və ancaq xariciləri görürəm. Belə çıxır ki, ölkədə hücumçularla bağlı doğrudan da problemlər var. Xoşuma gəlmir ki, bir çox məşqçilər meydana legionerləri buraxır, yerli gənclər isə ehtiyatda qalır. Cavanlara təcrübə lazımdı. Yeri gəlmişkən onlar bunu Simurq`da toplayırlar. Onlara sadəcə tərəqqiyə imkan vermirlər.
 
- Bu, çempionatda sizi təəccübləndirən yeganə amildir?
- Prinsipcə hələ ki hər şey güman edildiyi kimi gedir. Məsələn, çoxları AZAL-ı sürpriz hesab edir, amma bu belə deyil. Nazim Süleymanov yerlilərlə legionerlərin vəhdətindən əla komanda yaradıb. Müdafiə az səhv edir, hücumçular isə daima rəqibi təzyiqdə saxlayır.
 
- Bəs çempionluq uğrunda əsas mübarizə kimlər arasında olacaq?
- Düşünürəm ki, Neftçi və Xəzər Lənkəran arasında. Gizlətmirəm ki, onlara müəyyən rəğbət bəsləyirəm. Ancaq lənkəranlıları hesabdan silmək olmaz, onlar “ağ-qaralar”a heç bir güzəşt etməyəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.