3 dekabr 2010 17:45

“Mahirin milli mənsubiyyətinə görə münasibətdən danışmağa haqqı yoxdur”

Anji`nin baş məşqçisi Hacı Hacıyev bildirib ki, azərbaycanlı müdafiəçi Mahir Şükürov öz mülahizələrində bir qədər təmkinli olmalıdır. Azerisport.az xəbər verir ki, bu haqda o, klubun rəsmi saytına açıqlamasında bəyan edib:
 
“Əgər onun getmək arzusu varsa o, bu barədə klub rəhbərliyi ilə danışmalıdır. Oyunçunun getmək istəyi varsa, məndə heç vaxt onun komandada qalmasına xahiş kimi vərdişim olmayıb. Mahir mənə getmək istədiyini deməyib. Mənim onunla söhbətimin mövzusu yalnız mülahizələrində bir qədər təmkinli olması ilə bağlı olub”.
 
“Şükürovun Anji`də ona qarşı azərbaycanlı olduğundan pis münasibət göstərilməsini deməyə haqqı yoxdur. Biz çoxmillətli komandayıq. Respublikamız çoxmillətlidir. Respublika rəhbəri ilə Azərbaycan rəhbəri arasında gözəl münasibətlər var. Həm mənim, həm klub rəhbərliyinin qonşu dövlətdə çoxlu yaxşı dostları var. Necə ola bilər ki, məsələn, biz çexiyalı Qolendeyə azərbaycanlı Şükürovdan daha yaxşı münasibət göstəririk? Mən bütün bunlar haqda Şükürova danışdım və o, etiraf etdi ki, mən haqlıyam” – deyə Hacıyev qeyd edib.
 
Daha sonra baş məşqçi millimizin üzvü haqda bunları dilə gətirib: “Şükürovun bir sıra yaxşı oyunları olub. Bir sıra aşağı səviyyəli oyunlar da keçirib. Bu futbolçunu daim belə deyək, bir növ gərginlikdə saxlamaq lazımdır. Yeri gəlmişkən ən yaxşı oyununu o, mətbuatda səs-küy doğuran bir sıra açıqlamalarından sonra keçirib”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.