3 dekabr 2010 18:07

Arif Əsədov yerli futbolçuları oynatmamasına dair ittihamları cavabladı

Neftçi`nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Fərid Quliyevi komandadan uzaqlaşdırması və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb:
 
“Fərid Quliyevin transferə çıxarılmasını özüm istəmişəm. Yığma komandamızın şərəfini qoruyur, gəncdir, ancaq Neftçi`də heyətə düşə bilmir. Quliyevin klubu tərk etməsi o demək deyil ki, digər oyunçularla da yollarımızı ayıracağıq. Premyer Liqa uzun bir marafondur. Mən formada olan bütün futbolçulara şans verirəm. Hazırda Neftçi`nin lider olması bizim doğru yolda olduğumuzu göstərir”.
 
“Mətbuatda gedən yazıları izləyirəm. Rəşad Abdullayevin, Elmar Baxşiyevin, Amit Quluzadənin, Ruslan Əmircanovun komandanı tərk edə biləcəyini yazırlar. Bu oyunçular meydanda olduqları zaman bizə çox xeyirləri dəyir. Rəşad Abdullayev bu mövsüm öz çıxışı ilə komandanın ən aparıcı futbolçularından birinə çevrilib. Hətta ölkə mətbuatı onun niyə yığmaya dəvət edilməməsi ilə bağlı Berti Foqtsa yönələn suallar ünvanlayır. Elmar Baxşiyev klubumuzun vitse-kapitanıdır, düzdür hazırda o bəzi matçlarda ehtiyatda qalır. Lakin, Elmarın ehtiyatda qalması sırf taktika ilə bağlıdır. Ruslan Əmircanov məhz Neftçi`dəki çıxışından sonra yığma komandaya dəvət alıb. Hazırda da bizim ona böyük ümidlərimiz var. Amit Quluzadəyə isə yetərincə gənc olmasına baxmayaraq, bir çox vacib matçlarda forma geyinmək şansı vermişik. Yəni komandamızın heyəti nə qədər geniş olarsa, mövsümün sonunda qızıl medalları qazanmaq şansımız daha da artmış olacaq”- deyə, Əsədov bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.