3 dekabr 2010 18:19
Asim Xudiyev: Nahaq yerə onlar hakimlərimizdən imtina edirlər
Sabiq FİFA referisi Asim Xudiyev Birlik Kuboku təşkilatşılarının azərbaycanlı hakimlərə ehtiyac duymamasına münasibət bildirib. Azerisport.az-a açıqlamasında beynəlxalq dərəcəli hakim-inspektorumuz bunları dilə gətirib:
“Onlar artıq ikinci ildir ki, xarici hakimlərin xidmətinə ehtiyac duymurlar və yerli ədalət təmsilçilərinə güvənirlər. Əlbəttə, bizim hakimlər də işsiz qalmayacaq. Yanvarda bizim hakimlərin də Türkiyədə təlim-məşq toplanışında olması, yoldaşlıq oyunları idarə etməsi planlaşdırılır. Ancaq istənilən halda belə hesab edirəm ki, Birlik Kuboku daha yaxşı təcrübə ola bilərdi. Təşkilat Komitəsi digər ölkə hakimlərinə də diqqət ayırmalıdır. Əсе же оргкомитету надо было обратиться к судьям из других стран. Nahaq yerə onlar bu təcrübədən imtina edirlər”.
