3 dekabr 2010 18:27
Xəzər Lənkəran`ın hücumçusu yenidən Türkiyədə
Xəzər Lənkəran`ın nigeriyalı hücumçusu Emeka Opara yenidən Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, səfərin məqsədi bu yaxınlarda əməliyyat olunduğu Acıbadem hospitalında təkrar tibbi müayinədən keçməkdir.
Qeyd edək ki, Lənkəran klubunun oktyabrda Antalyada keçirdiyi təlim-məşq toplanışı zamanı zədələnən Opara həmin klinikada dizindən əməliyyat olundu. Ardından Azərbaycana qayıdaraq qısa bərpa kursunu keçib. Budəfəki səfəri zamanı futbolçunun məşqlərə nə vaxt başlaya biləcəyi aydınlaşacaq.
