3 dekabr 2010 18:38
Azərbaycan çempionunun rəqibləri dekabrın 6-da məlum olacaq
Ənənəvi olaraq hər il Rusiyada keçirilən Birlik Kubokunun yeni – 19-cu mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu İnter`in də iştirak edəcəyi turnirin püşkatması dekabrın 6-da keçiriləcək. Qeyd edək ki, sözügedən turnir yanvarın 14-dən 23-nə kimi, Sankt-Peterburq şəhərində keçiriləcək.
